Şənbə günü “Alaves”ə qalib gələn (4:1) “Atletiko” La Liqada 3-cü yerə yüksəlib.
Paytaxt klubu artıq ölkə çempionatında 6 oyundu xal itirmir. Dieqo Simeonenin komandası buna 2018-ci ildən sonra ilk dəfə nail olub.
“Atletiko”nun bütün turnirlərdəki məğlubiyyətsiz seriyası isə 8-ə çatıb. “Hindular” sonuncu dəfə fevralın 16-da evdə “Levante”yə uduzublar. Onlar həmin matçdan sonra keçirdikləri oyunlardan 7 qələbə və 1 heç-heçə ilə ayrılıblar.