“Nə qədər ki, mən baş məşqçiyəm, Rusiya ilə Ukrayna qarşılaşmayacaq”

23.05.2022 11:16 586
Dünya futbolu
Ukrayna futbol yığmasının baş məşqçisi Aleksandr Petrakov “Corriere dello Sport”a müsahibə verib.

O, əvvəlcə Vladimir Zelenski ilə tanışlığından danışıb.

- Zelenski ilə iki dəfə ünsiyyətim olub. İlk dəfə 2019-cu ildə keçirilən U-19-lar arasında dünya çempionatındakı qələbədən sonra. O, ölkənin əsl lideridi.

- Hər şey bitəndən sonra rusiyalılarla ukraynalalılar arasında əlaqələri qaydaya salmaq mümkün olacaqmı?
- Rusiyalılar bir daha aramızda heç bir münasibətin olmaması üçün əlindən gələni edib. Heç bilmirəm ki, günahlarını yumaq üçün neçə il keçməlidi. Onilliklər ərzində heç bir əlaqəmiz ola bilməz.

- Gələcəkdə Rusiya və Ukrayna arasında yoldaşlıq görüşünü təsəvvür edə bilərsizmi?
- Yox. Nə qədər ki, mən yığmanın baş məşqçisiyəm, belə bir oyun dəqiq olmayacaq.