"Şamaxı" Serbiya klubuna qarşı

18.01.2023 11:39 213
Premyer-liqa
Antalyada təlim-məşq toplanışında olan “Şamaxı” bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Football-plus.az xəbər verir ki, əyalət təmsilçisi Türkiyədəki hazırlığını Serbiyanın "Napredak" komandası ilə oyunla başa vuracaq.

“IC Santai" otelinin idman kompleksində baş tutacaq görüşə Bakı vaxtı ilə saat 16.00-da start veriləcək.