"Şamaxı" hazırlığa start verdi

3.01.2023 20:24 277
Premyer-liqa
"Şamaxı" 10 günlük istirahətin ardından bu gün "ASK Arena"da qış təlim-məşq toplanışının ilk mərhələsinə start verib.

Football-plus.az xəbər verir ki, 4 gün məşqlərini burada davam etdirəcək bölgə təmsilçisi yanvarın 8-də hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yanvarın 11-i Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" son oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək.