"Şamaxı" ilk oyununda heç-heçə etdi

11.01.2023 15:06 251
Premyer-liqa
Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.

Football-plus.az xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.

Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, “Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18.30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.