“Zirə” iki oyunda qələbə qazana bilmədi

17.01.2023 19:30 219
Premyer-liqa / Manşet
"Zirə" bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində iki yoxlama görüşü keçirib.

Football-plus.az xəbər verir ki, qəsəbə təmsilçisi əvvəlcə Macarıstanın 2-ci liqa klubu “Szeged-Csanad” ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.

Paytaxt təmsilçisi ikinci matçda Serbiya Superliqası klubu “Radniçki" ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.

Qeyd edək ki, "Zirə" Bakıya sabah qayıdacaq.