"Zirə" üçün 2 sınaq - YENİLƏNİR

17.01.2023 11:32 231
Premyer-liqa
“Zirə” Antalyadakı təlim-məşq toplanı çərçivəsində bu gün daha iki yoxlama görüşü keçirəcək.

Football-plus.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Seged-Çanad” kollektivi ilə qarşılaşacaq. Oyun saat 13.00-da başlayacaq.

İkinci oyunda isə rəqib “Radniçki" (Serbiya) olacaq. Serblərlə oyun saat 16.30-da start götürəcək.

Xatırladaq ki, “Zirə” daha öncə Rumıniyanın “Kindiya” komandası ilə oyundan 3:2 hesablı qələbə ilə ayrılmışdı.