"Zirə" ölkəni tərk etdi

2.01.2023 11:00 332
Premyer-liqa
"Zirə" mövsümün ikinci yarısına hazırlıqlar üçün Türkiyəyə yola düşüb.

Football-plus.az xəbər verir ki, bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb.

Antalyada bir araya gələcək "Zirə" burada “İC Green Palace” otelində məskunlaşacaq. “Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.