Legionerləri "Zirə"nin məşqində iştirak etmədi

3.01.2023 13:14 252
Ölkə futbolu
“Zirə” dünəndən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

"Football-plus.az" xəbər verir ki, "qartallar" yerli futbolçularla hazırlıqlara başlayıb.

Legionerlər isə iki gün sonra düşərgəyə qoşulacaq.

“Zirə” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanım “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.