“Neftçi”dən ayrılan futbolçu legioner həyatı yaşayacaq – AÇIQLAMA

17.01.2023 15:12 587
Premyer-liqa / Manşet
"Neftçi"dən ayrılandan sonra Fəhmin Muradbəyli də klubsuz futbolçuların sırasına qoşulmuşdu.

Onunla bir neçə əlaqə saxlasaq da, bu yöndə yenilik olmadığını, lakin yerli və xarici klublardan təkliflər aldığını diqqətimizə çatdırmışdı. Maraqlıdı, Muradbəyli klub seçimini edib? O karyerasını ölkə xaricində, yoxsa Azərbaycanda davam etdirəcək? Bu suallara cavab tapmaq üçün özü ilə əlaqə saxladıq. O "Football-plus.az" saytına qısa açıqlamasında bunları dedi:

"İki-üç gün sonra sizə tam dəqiq məlumat verəcəm. Hazırda onu deyə bilərəm ki, karyeramı bərpa edirəm və xarici kluba keçirəm".


ŞAİR ABDULLA