Son olaraq verdiyi açıqlamada ölkə xaricində çıxış edəcəyini bildirən Fəhmin İsrail, Yunanıstan, Türkiyə və başqa ölkələrin klublarının onunla maraqlandığını söyləmişdi. Maraqlıdı, futbolçunun karyerasını harda davam etdirəcəyi dəqiqləşib? Bu haqda məlumat almaq üçün 26 yaşlı hücumçu ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Bəli, karyeramı ölkə xaricində davam etdirəcəm. Hələ ki açıqlama vermək istəmirəm. Hazırda danışıqlar gedir. Hansı kluba keçəcəyim dəqiqləşəndən sonra sizə məlumat verə biləcəm. Təxminən bir həftəyə danışıqların yekunlaşacağını gözləyirəm”.
ŞAİR ABDULLA






