Stiven Stemkos MHL-dəki 499-cu qolunu vurdu.
“Tampa-Bey”in kapitanı “Vankuver”lə oyunda 2 (1+1) xal topladı. MHL-də 962 oyun keçirən 32 yaşlı kanadalı 500-cü qolun astanasındadı. İndi fəaliyyətdə olan oyunçulardan yalnız ikisi – Aleksandr Oveçkin (“Vaşinqton”, 1318 oyunda 809 qol) və Sidni Krosbi (“Pittsburq”, 1148 oyunda 538 qol) 500 qol həddinə çatıb. Ümumiyyətlə, 21-ci əsrdə MHL-də debüt edən hokkeyçilərdən yalnız yuxarıda adı çəkilənlər 500 və daha artıq qol vurub.