“Kolambus” – “Tampa-Bey” oyunu qonaqların müdafiəçisi Viktor Hedman üçün əlamətdar oldu.
Football-plus.az xəbər verir ki, 31 yaşlı isveçli MHL-də 900-cü oyununu keçirdi. O, “Tampa-Bey”in tarixinə bu göstəriciyə çatan 4-cü hokkeyçi kimi düşdü. Əvvəllər Vinsent Lekavalye (1037), Martin Sent-Luis (972) və Stiven Stemkos (924) da bunu bacarıb. Hedman MHL-də keçirdiyi 900 oyunda 604 (134+470) xal toplayıb.
“Pittsburq”un forvardı Sidni Krosbi bazar günü “Tampa-Bey” üzərindəki qələbəyə 3 (1+2) xalla töhfə verdi. Məhsuldar ötürmələrinin sayını 896-ya çatdıran 35 yaşlı kanadalı Fil Hauslini (894) arxada qoymaqla MHL tarixində bu göstəricidə 20-ci yerə yüksəldi. Krosbidən öndə qərarlaşan Brayan Trottyenin hesabında 901 belə ötürmə var. Ötürmə sayında lider isə əfsanəvi Ueyn Qretskidi (1963). Krosbinin MHL-də keçirdiyi 1100 oyunda 1415 (519+896) xal topladığını da xatırladaq.