Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Sabah" bu gün ilk yoxlama oyununu keçirəcək.
Football-plus.az xəbər verir ki, Murad Musayevin komandası Polşanın "Vatra" (Poznan) klubu ilə qarşılaşacaq.
Oyun saat 18.00-da başlayacaq.
Qeyd edək ki, "Sabah" yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubu ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.