"Sabah" İsrail klubuna qarşı

20.07.2022 11:55 438
Ölkə futbolu
Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Hapoel Hadera" klubu ilə qarşılaşacaq.

Matç Sofiya şəhərində, Bakı vaxtilə 19.30-da keçiriləcək.

Xatırladaq ki, "Sabah" Bakıda "Sumqayıt"a 1:2 uduzub, "Səbailə"ə 3:1 qalib gəlmişdi.