"Sabah" üçün Polşa və Serbiya klubları

17.12.2022 15:45 498
Premyer-liqa
“Sabah” qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

Football-plus.az klubun saytına istinadən xəbər verir ki, komanda Türkiyədə toplanacaq. Antalyanın Belek bölgəsində baş tutacaq təlim-məşq toplanışı yanvarın 7-də başlayacaq.

“Sabah” hazırlıq yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Komanda yanvarın 19-da Bakıya qayıdacaq.