Səudiyyə Ərəbistanın futbol tarixində ilk

10.01.2023 17:58 255
Dünya futbolu
FİFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin edib.

Football-plus.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiya” məlumat yayıb.

34 yaşlı Anud Əl-Əsməri ilk səudiyyəli qadın FİFA referisi olub. O, hakim karyerasına 2018-ci ildə başlayıb.

Maraq üçün qeyd edək ki, Səudiyyə Ərəbistanının qadınlardan ibarət komandası təxminən bir il əvvəl tarixində ilk oyununu keçirib. Yeri gəlmişkən, krallıq ötən ilin dekabrında 2026-cı ildə keçiriləcək qadınlar arasında Asiya Kubokuna evsahibliyi etmək üçün yerli konfederasiyaya rəsmi müraciət edib.