• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə futbolunda ilk dəfə VAR danışıqları açıqlandı!

Dünya futbolu

8-01-2023, 16:0

Türkiyə çempionatında bu aralar yenə futboldan çox hakimlik mövzusu müzakirə olunur.

15-16-cı turlarda iki kobud hakim səvi qeydə alınandan sonra Türkiyə Futbol Federasiyası tarixi addım atdı. Qurum hər iki qarşılaşmanın VAR danışıqlarını ictimaiyyətə açıqladı. Amma bununla problem həll olundumu?

“Burda ofsaytımsı bir şey var”
15-ci turun “Qaziantep” – “Beşiktaş” matçında (1:1) hakim Atilla Karaoğlanın Corc-Kevin N`Kuduya qırmızı vərəqə göstərməməsi söz-söhbətə səbəb olmuşdu. Çünki kamerunlu futbolçu düz hakimin gözü önündə rəqib oyunçu – yunanıstanlı Stelios Kitsiunun sifətinə başla zərbə endirmişdi. Maraqlıdı ki, VAR hakimləri Karaoğlanı monitorda epizodun təkrarına izləməyə dəvət etdikdən sonra da hakim qərarını dəyişməyərək sarı vərəqə ilə kifayətlənmişdi. Amma bu səhv 16-cı turun “Sivasspor” – “Qalatasaray” matçında (1:2) yol verilən səhvin yanında “toya gediləsi” olmuşdu. İkinci hissənin əvvəllərində meydan sahiblərinin qaydalar çərçivəsində vurduğu qol hakim Ərkan Özdamar tərəfindən müəmmalı şəkildə qeydə alınmamışdı. Daha doğrusu, o əvvəlcə mərkəzi göstərsə də, VAR-da əyləşən Özgüç Türkalp onu monitora dəvət etdi. Nəticədə ümumilikdə 5 dəqiqədən artıq davam edən müzakirələrdən sonra qol qeydə alınmadı. Halbuki epizodda nə ofsayd var idi, nə də qayda pozuntusu. TFF başqanı Mehmet Büyükekşi hər şeyi belə desək, öz nəzarəti altına götürərək önəmli bir qərarın altına imzasını atdı. Futbol ictimaiyyətində bu iki epizodla bağlı şübhələrin aradan qaldırılması üçün onun göstərişi ilə VAR danışıqları açıqlandı!

Həmin VAR danışıqlarından belə məlum oldu ki, “Qaziantep” – “Beşiktaş” matçının hakimi Atilla Karaoğlan N`Kudunun kəllə atdığı epizodda şiddət olmadığı və Kitsiunun özünü bilərəkdən hay-küylü şəkildə yerə atması qənaətinə gəlib. “Sivasspor” – “Qalatasaray” oyunundakı epizoda gəlincə, ən diqqətçəkən məqam o oldu ki, VAR hakimi Özgüç Türkalp ofsaydın və qayda pozuntusnun olduğuna tam əmin olmadan hakimi monitora çağırıb. Türkalpın “burda ofsaytımsı (ofsayda bənzər) bir şey var” deməsi sosial şəbəkələrə damğa vuraraq böyük müzakirələrə səbəb oldu. Türkalp həm qayda pozuntusunun, həm də ofsaydın olduğunu deyir. Halbuki heç bir ofsayd xətti çəkilmir! TFF VAR danışıqları ilə yanaşı, qəbul edilən qərarları da açıqlayıb. Bu qərara əsasən Özgüç Türkalp futboldan kənarlaşdırılıb! Atilla Karaoğlan ilə Ərkan Özdamara isə uzun müddət oyun verilməyəcək. TFF açıqlamasında hər iki epizodu “önəmli hakim səhvi” kimi göstərib. Ona görə də aydın məsələdi ki, “Sivasspor”un oyunun yenidən keçirilməsi ilə bağlı federasiyaya ünvanladığı müraciətə rədd cavabı veriləcək.

FİFA hakimlərinin aqibəti necə olacaq?
Federasiyanın qərarından bir gün sonra, yanvarın 4-də Özgüç Türkalp yazılı açıqlama ilə karyerasını bitirdiyini açıqladı. 48 yaşlı bu səriştəsiz hakim zatən çoxdan hamını boğaza yığmışdı. Türkalp hələ 2005/06-da “Konyaspor” – “Fənərbaxça” oyununda Nikolya Anelkanın əllə vurduğu qolu qeydə almaqla “səviyyəsini” göstərmişdi. O, 2010/11-dən bu yana səviyyəsi endirilərək yalnız 1-ci liqa və aşağı liqa matçlarına təyinat almağa başlamışdı. Son illərdə isə Türkalp əsasən VAR hakimi kimi fəaliyyət göstərirdi. “İstifadə müddəti bitmiş” Türkalpdan fərqli Karaoğlan ilə Özdamarın bundan sonrakı aqibətinin necə olacağı maraq doğurur. İşin ən dəhşətli tərəfi odu ki, federasiyanın qərarı ilə hər iki ədalət təmsilçisi bu ildən etibarən FİFA dərəcəsi almışdı! İndi FİFA dərəcəli hakimlərə bir neçə ay oyun verilməyəcək. Qaydalara görə onlar FİFA statusunu ən azı ilin sonuna qədər daşıyacaqlar. Hər iki hakim gələn həftə FİFA-nın Romada təşkil edəcəyi seminara qatılacaq. Çünki FİFA dərəcə alan hakimləri hər il seminara dəvət edir. Belə güman olunur ki, ikinci kateqoriyada yer alan hər iki hakimə ilk vaxtlar UEFA Gənclər Liqasının oyunları həvalə ediləcək.

“Şübhələri aradan qaldırmaq üçün bunu etdik”
TFF-nin VAR danışıqlarını açıqlaması, gözlənildiyi kimi, həm birmənalı qarşılanmadı, həm də zəncirvari effekt verməyə başladı. Məsələn, “Beşiktaş” cəbhəsi “bizi niyə işin içinə qatırsız?” deyə reaksiya verdi. “Qalatasaray” isə elə VAR danışıqlarının açıqlandığı gün, yəni yanvarın 3-də keçirilən “Antalyaspor” – “Fənərbaxça” matçının ardından bu qarşılaşmanın da VAR danışıqlarının açıqlanmasını tələb etdi. Aydın məsələdi ki, TFF bu məsələyə birdəfəlik son qoymalı idi. Çünki hər oyundan sonra klublar bu tələblə çıxış edəcəyi təqdirdə TFF bunun altından qalxa bilməzdi. Yanvarın 5-də TFF başqanı Mehmet Büyüküekşi söz-söhbətə son qoydu: “Bu VAR danışıqlarını, sadəcə, bir dəfəliyə açıqladıq. Çünki hər iki qarşılaşmada elə kobud səhvlərə yol verildi ki, 100 nəfərdən 100-ü də bunu görə bilərdi. Hətta 7 yaşında uşaqdan soruşsan, hakimin səhv etdiyini deyərdi. Həm də ofsayt xətti çəkilməmişdi. Bütün bunlar futbol ictimaiyyətində müəyyən şübhələrə yol açmışdı. Biz də şübhələri aradan qaldırmaq üçün bunu etdik. Biz şifahi və ya yazılı açıqlama ilə kifayətlənsəydik, yenə də insanlarda müəyyən şübhələr qalacaqdı. Hamının da gördüyü kimi, işin altında başqa şey axtarmaq lazım deyil. Hakimlər arasında tam səmimi dialoq qurulur və bir qərar verməyə çalışırlar. Yəni hər şey qaydalara uyğundu. Amma qərar səhv verilir ki, bu da artıq başqa söhbətin mövzusudu. Niderland və İngiltərədə də VAR danışıqları bir dəfə açıqlandı. Daha sonra açıqlamadılar. Çünki bu iş uşaq oyuncağı deyil. Biz heç nəyi gizlətmədən, olduğu kimi hər şeyi göstərdik. Müzakirələrin bitməsi üçün bunu etdik. Bizim üçün bütün klublar eynidi. Bir daha təkrar edirəm ki, bundan sonra VAR danışıqlarını açıqlamayacağıq!”

Bu arada TFF-nin qərarı ilə superliqada əsas hakimlərin arasına 6 yeni isim - Cihan Aydın, Burak Pakkan, Turqut Doman, Direnç Tonusluoğlu, Yiğit Arslan və Murat Ərdoğan da əlavə olundu. Bununla da cari mövsüm üçün superliqada əsas hakimlərin sayı 23-dən 29-a çatdırıldı. Sonda onu da bildirək ki, bazar günü keçiriləcək, bütün Türkiyənin səbirsizliklə gözlədiyi “Fənərbaxça” – “Qalatasaray” debirisinə Xəlil Umut Melər təyinat alıb

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-10-2022, 14:0

TFF VAR-a əcnəbi hakimlər gətirəcək!

Dünya futbolu

6-09-2022, 17:0

''Qalatasaray'' yenə qələbə qolunu sonda vurdu

Dünya futbolu

24-04-2022, 12:0

''Trabzonspor''un qələbəsi hakim fiaskosunun kölgəsində qaldı

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 214
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə