Hakimlik uzun illər olduğu kimi bu mövsüm də Türkiyə futbolunun ən problemli yeridi.
Şaiyələrə inansaq, Türkiyə Futbol Federasiyası nəhayət bu problemi həll etmək üçün radikal addım atmağa çalışır. Söhbət VAR-a əcnəbi hakimlərin gətirilməsindən gedir. Çünki mövsümün heç yarısı belə bitmədiyi halda VAR-dan narazılıq zirvə nöqtəsinə çatıb. Ötən tur ''Qalatasaray'' – ''Alanyaspor'' oyununda yaşanan hakim səhvlərindən sonra bu məsələ gündəmdən düşmür. Tək ''Qalatasaray'' yox, ''Beşiktaş'', ''İstanbulspor'', ''Girəsunspor'', ''Ümraniyəspor'', ''Ankaragücü'' və 1-ci liqa klubları da bu mövsüm VAR-dan çox şikayət edib.
Bilindiyi kimi bu mövsüm TFF-nin qərarı ilə əsas hakimlərlə VAR hakimləri ayrılıb. Yəni VAR-a cavabdehlik daşıyan konkret 11 hakim var. Amma onların sayı az olduğundan bir hakimə bəzən bir həftədə 2 oyun düşür. Bu da onları psixoloji cəhətdən yorur. Hər halda qardaş ölkə futbolunda məhz bu cür fikir formalaşıb. Federasiya artıq VAR-a əcnəbi hakimlərin gətirilməsinə məsələsinə start verib. Qurum UEFA-ya bağlı ölkələrdə VAR sertifikatı olan hakimlərin köməyindən faydalanmaq niyyətindədi. Amma bu yeniliyin hansı turdan tətbiq olunacağı bilinmir. Gələn həftəsonu bizi ''Qalatasaray'' – ''Beşiktaş'' derbisi gözləyir…
TFF VAR-a əcnəbi hakimlər gətirəcək!
Dünya futbolu
