Abdulla Avcı ötən mövsüm “Trabzonspor”un başında yaxşı mənada ilkləri yaşayırdısa, bu dəfə pis mənada ilkləri sıralayır.
Football-plus.az xəbər verir ki, Trabzon təmsilçisi “Fatih Karagümrük”dən 4 qol buraxmaqla Avcı 2011-dən bu yana bir ilki yaşadı.
Belə ki, son 11 ildə ilk dəfə onun çalışdırdığı komanda bir mövsümdə 2 dəfə ən azı 4 top buraxdı! Bilindiyi kimi, trabzonlular 3-cü turda Antalya səfərində də 2:5 hesabı ilə uduzmuşdular. “Trabzonspor”un özünün isə son dəfə bir mövsümə 2 oyunda 4 top buraxmasına 2018/19-da rast gəlinmişdi.
Maraqlıdı ki, komanda ötən mövsüm ərzində cəmi 3 dəfə uduzmuşdusa, cari “futbol ili”ndə artıq 15 oyuna eyni sayda məğlubiyyət qeydə alınıb!