Türkiyədə son 6 ilə damğa vurmuş məşqçi kimdi?

5.04.2022 20:37 664
Dünya futbolu
''Trabzonspor''un başına keçdiyi 2020-ci ilin noyabrından bu yana əldə etdiyi nəticələrlə diqqət çəkən və Türkiyə futbolunda sanki bir Trabzon inqilabı edən Abdulla Avcı məşqçilik karyerasının ilk çempionluğunu qazanmağa çox yaxındı.

Qaradənizliləri çempionluqdan cəmi 8 xal ayırır. Bu arada məlum olub ki, Türkiyə futbolunda son 6 mövsümə damğa vuran mütəxəssis məhz elə Avcıdı. Bu müddətdə çempionluq sevinci yaşamamasına rəğmən 2016/17-dən bu yana Türkiyə çempionatında ən çox Avcının komandaları lider olub! Konkret desək, son 6 ildə 58 yaşlı məşqçinin kollektivləri ümumilikdə 69 tur lider olub. Bunun25 turu bu mövsüm ''Trabzonspor''un payına düşür. Bu göstəricidə ikinci pillədə Fatih Terim qərarlaşıb. ''İmperator''un ''Qalatasaray''ı 29 tur lider olub. 3-cü pillədə Sərgən Yalçın (23), 4-cü pillədə Şenol Günəş (19) qərarlaşıb.