Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Football-plus.az xəbər verir ki, toplantıda Region Liqası ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
24 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilməli olan “Kəngərli” – “Sədərək” oyununda “Sədərək” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Sədərək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin. (maddə 55.1).
25 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən “Naxçıvan Mİ” – “Batabat” oyununda “Batabat” komandasının 14 nömrəli futbolçusu Murad Kamallının oyunun 89-cu dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).
25 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən “Babək” –“Culfa” oyununda oyunun 1-ci hissəsi 5:0 bitdikdən sonra “Culfa” komandası 2-ci hissədə meydana çıxmadığına görə “Culfa” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin. (maddə 52.1 maddə 30).
25 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən DİFAİ –“Lokomotiv” oyunununda “Lokomotiv” komandasının heyətində 88 nömrəli futbolçu Coşqun Əliyev oyunun 68-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın. (maddə 36.1).
25 dekabr 2022-ci il tarixində AFFA Region Liqasında keçirilən “İrəvan” – İCBFA oyunununda İCBFA komandasının 10 nömrəli futbolçusu Fərhad Tarıverdizadə oyunun 78-ci dəqiqəsində qeyri idman hərəkəti etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın. (maddə 47.1).