• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vahabzadə “Kəpəz”də yaşananları zamanın ixtiyarına buraxdı

Premyer-liqa / Manşet

27-12-2022, 22:0

“Kəpəz”dən ayırlandan sonra ondan səs-soraq yoxdu.

Heç mətbuatda da açıqlamalarına rast gəlməmişəm. Deyəsən, üç ildən bir qədər artıq Gəncədə çalışması onu yorduğundan “dağlara çəkilməyi”, gözdən-könüldən uzaq bir güşədə dincəlməyi lazım bilir. Yəqin söhbətin Yaşar Vahabzadədən getdiyini başa düşdüz.

Açığı, “sarı-göylər”in “sükanı arxasından” gedəndən sonra onunla danışmaq üçün bir-iki dəfə cəhd etdim. Ancaq hər dəfə bir bəhanə ilə söhbətdən yayındı. Bu dəfə də şablon sözlərlə müsahibə vermək istəmirdi. Güc-bəla danışmağa razı salsam da, bir şərti oldu: “Kəpəzl”ə bağlı suallara cavab verməyəcəm. Başqa nə maraqlıdısa, buyur, səni eşidirəm”.

- “Kəpəz”lə bağlı danışmaq istəmirsiz. Ancaq gəncəli azarkeşlər bu gün də sizi yada salır, sosial şəbəkələrdə sizinlə bağlı paylaşımlar edirlər.
- Nə yazırlar?

- Çox fikirlər var... Hansını deyim?
- Gəncəli futbolsevərlər bu gün də məni yada salırsa, deməli, hər şey yaxşıdı. Pis və ya yaxşı, nə fərqi var (gülür). Əsas odu, xatırlayırlar. Gəncədə həm yaxşı, həm də pis günlərimiz olub. Ancaq yaxşıların sayı daha çox olub.

- Komandanın oyunlarını izləyirsiz?
- Çempionat oyunlarına baxıram. “Kəpəz”in də o cümlədən.

- Sizin “Kəpəz”lə Tərlan Əhmədovun “Kəpəz”i arasında hansı fərq var?
- Şərtimiz oldu axı. “Kəpəz”lə bağlı sualları cavablamayacam. Hər şey göz qabağındadı. Ortada nəticə varsa, deməli, komanda oyununu tapıb.

- Son günlər komanda daxilində xoşagəlməz söz-söhbət yaşanır. Bir qrup təcrübəli, sizin vaxtınızda düşərgəyə cəlb olunan futbolçularla baş məşqçi arasında narazılıq var. Sizin də bu məsələyə münasibətinizi bilmək istərdim.
- “Sizin vaxtınızda düşərgəyə cəlb olunan futbolçularla” sözünü xüsusi eyhamla işlətdin. Nə demək istəyirsən, açıq danış? Sənin sözündən belə çıxır ki, Əfran, Elvin, Rauf mənim dönəmimdə komandaya dəvət olunub deyə, başverənlərə görə məsuliyyət daşıyıram? Belə düşünürsüzsə, səhviniz var. Niyə başqalarının adını çəkmirsiz? Abdullahi Şuaybunu, Əhməd Ayazayanı da mən dəvət etmişdim. Siz ancaq qaşınmayan yerdən qan çıxarmağa çalışırsız. Son günlər baş məşqçi ilə bəzi futbolçular arasında yaşananlarda kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək.

- “Kəpəz”dən danışmaq istəmirsiz. Onda çempionatla bağlı fikirlərinizi bölüşün. Artıq ilk yarı geridə qaldı. 18 turdan sonra sizi nə təəccübləndirdi, nə qanunauyğun oldu?
- “Qarabağ”ın fasiləyə ilk pillədə yollanması gözlənilən idi. Qurban Qurbanovun komandası hələ mövsümün əvvəlində, avrokubok oyunları zamanı artıq iddiasını ortaya qoymuşdu. Açığı, “Səbail” məni təəccübləndirdi. Mövsümlərarası fasilədə yeni baş məşqçi dəvət olundu, büdcə yetərincə artdı, komandaya yeni legionerlər cəlb edildi. Buna baxmayaraq, komanda hazırda sonuncu pillədədi. Əslində onlardan gözləntim çox idi. Ümid edirəm ki, üçüncü dövrədə Mahmud Qurbanovun komandası toparlanacaq. “Sumqayıt”dan da artığını gözləyirdim. Onlar da iki dövrədə ümidləri doğrultmadı. Məni yaxşı mənada təəccübləndirən “Şamaxı” oldu. Komandanın “onurğa sütunu”nu yerli gənclər təşkil etsə də, xüsusilə ikinci dövrədə yaxşı təsir bağışladılar. Fikrimcə, fasilədən sonra bizi daha gərgin, maraqlı mübarizə gözləyir.

- Ölkə kubokunda “Qarabağ”la “Sabah” mübarizəni dayandırdı. Yarımfinalçılar da bəllidi. Sizcə, kubokda yola davam edən “dördlük”dən kim daha şanslıdı?
- Həmişə deyirlər ki, kubok matçları tam fərqli olur. Özümüz də bunun şahidi olduq. Bəlkə də çoxları “Qarabağ”la “Sabah”ı əsas favoritlərdən biri kimi qəbul edirdi. Ancaq “Qəbələ” Ağdam klubunun, autsayder “Səbail” isə “Sabah”ın yarımfinala yolunu kəsdi. Şanslara gəlincə, “Qəbələ” çox təcrübəlidi. “Turan Tovuz”un ambisiyalı baş məşqçisi var. Məncə, Ayxan Abbasov bütün diqqətini kuboka yönəldəcək. “Səbail” fasilədə heyəti gücləndirə bilər. Bu gün mətbuatda oxudum ki, Mahmud Qurbanov 4 legionerlə vidalaşıb. Onları yola salıblarsa, deməli, əvəzinə daha güclülərini dəvət edəcəklər. Onlar da iddiasını ortaya qoyacaq. Ancaq mənə elə gəlir, yarımfinalçılar arasında “Neftçi” hamıdan bir addım öndədi. Bakılıların ölkə kubokunu qazanmaq şansını yüksək qiymətləndirirəm.

- “Neftçi”dən söz düşmüşkən, uzun illər şərəfini qoruduğunuz komandanın çempionluq mübarizəsində “Qarabağ”a uduzmasına necə baxırsız? Bu gün hətta “Sabah” belə “ağ-qaralar”ı qabaqlayır.
- Kim nə deyir-desin, necə istəyir, qəbul etsin, Azərbaycan futbolunun tarixi “Neftçi” ilə başlayıb. Bu gün “Qarabağ” sərgilədiyi oyun, qazandığı nəticələrlə bizi sevindirir, Avropada fəxrimizdi. Ancaq “Neftçi”nin Azərbaycan futbolunda yeri tam başqadı. Bunu o kluba gələn legioner futbolçuya, əcnəbi baş məşqçiyə də başa salmaq lazımdı. Onlar bilməlidi ki, ənənəsi, tarixi olan komandada oynayırlar və ya çalışırlar.

- Yığma barədə nə düşünürsüz? Artıq üç aydan sonra milli Canni de Byazinin rəhbərliyi altında yeni tsiklə start verəcək. Sizcə, italiyalı mütəxəssisi postunda saxlmamaq düzgün addım idi?
- Son oyunlar yığmanın inkişafda olduğunu göstərdi. Yeni, döyüşkən komanda formalaşıb. Ümid edirəm ki, bu seçmə mərhələdə milli daha yaxşı nəticələrlə bizi sevindirəcək. Canni de Byazi ilə müqavilənin müddətinin uzadılmasına gəlincə, bu mənim səlahiyyətimdə olan məsələ deyil. Onun qalması məsləhət bilinibsə, deməli, nəyəsə əsaslanıb bu qərarı veriblər. Ancaq son oyunlar göstərdi ki, komanda düz yoldadı, “relsə düşüb”.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-05-2022, 14:0

Mahmud Qurbanov: "Son illərdə mətbuat məni bu klubdan..." - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

6-09-2022, 14:0

Yaşar Vahabzadə: “Belə çıxır ki, hamı pis, Vidadi yaxşı oğlandı”

Premyer-liqa / Manşet

2-09-2022, 21:0

Rauf Əliyev Mahmud Qurbanovla danışmağa ehtiyac görmür - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

28-08-2022, 17:0

"Mən də onun istefa xəbərini mətbuatdan oxumuşam" – “Kəpəz” rəsmisi

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Dünən, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • 20-06-2026, 23:0
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • 20-06-2026, 23:0
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə