• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Əliyev Mahmud Qurbanovla danışmağa ehtiyac görmür - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

2-09-2022, 21:0

Mövsümə uğursuz başlayan “Kəpəz” 4 turdan sonra turnir cədvəlinin sonunda qərarlaşıb.

Uğursuz startdan və hər matçdan sonra gəncəli azarkeşlərin “istefa” şüarından təngə gələn “sarı-göylər”in baş məşqçisi Yaşar Vahabzadə “Səbail”lə qarşılaşmadan sonra postundan ayrıldı. “Dənizçilər”lə görüşdə daha bir xoşagəlməz olay Rauf Əliyevlə meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov arasında yaşandı.

Tura damğa vuran insidentin və Gəncə təmsilçisinin uğursuz çıxışının nədən qaynaqlandığını öyrənmək üçün təcrübəli forvardla danışmağa qərar verdik. Əliyev bəzi suallara açıq cavab versə də, bir qisminin üstündən keçməyi lazım bildi.

- 4 turdan sonra sonuncu pillədə qərarlaşan “Kəpəz”in problemi nədi?
- Problem bir deyil, iki deyil. Hansını deyəsən?! Özünüz də bilirsiz ki, mövsümlərarası fasilədə ən gec toplanan, normal təlim-məşq toplanışı keçməyən məhz bizim komanda oldu. Yeni toplanmış komandanın mövsümə hazırlaşmaq üçün cəmi 10-15 gün vaxtı var idi. Yoxlama görüşlərinin də sayı az oldu. Bakıda qalan komanda sınaq matçları üçün rəqib tapa bilmirdi. Bunlar hamısı çempionat ərəfəsində yaşananlardı. Çempionat start götürəndən sonra ev oyunlarını Gəncədən kənarda keçirməyimiz də nəticələrə təsirini göstərir. Bir şəhərdə məşq edirsən, oyun üçün başqa yerə gedirsən. Demək olar ki, bütün vaxtın yollarda keçir. Damla-damla yığılan çatışmazlıqlar, problemlər sonda komandanın çıxışında əksini tapır.

- Təcrübəli futbolçu kimi heyətlə bağlı fikirlərini bilmək maraqlıdı. Bu futbolçularla nəyəsə ümid etmək olar?
- Bunu zaman göstərəcək. Deməzdim ki, heyətimiz çox zəifdi. Mübarizə aparmağı bacaran oyunçularımız var. Fərdi keyfiyyətləri yüksək olan futbolçular var ki, onlarla nəsə edə bilərik. Yenə qayıdıram o məsələyə ki, ev oyunlarını Gəncədən kənarda keçirməyimiz bizi daha çox sıxır, nəinki başqa səbəblər. Rəqiblərimizi Gəncədə qəbul etsəydik, bəlkə də turnir cədvəlinin sonunda qərarlaşmazdıq.

- Ardıcıl 4-cü məğlubiyyətdən sonra baş məşqçi Yaşar Vahabzadə istefa verdi. Onun postundan gedəcəyini gözləyirdin?
- Bu qərarı Yaşar müəllim verdi. Mən deyim? Ümumilikdə məşqçi işi belədi. Bir gün bu komandadasan, sabah başqa yerdə. Komanda normal nəticə verirsə, məşqçini hamı tərifləyir, əksi olanda ilk növbədə çalışdırıcını günahlandırırlar. Vahabzadəyə gələcək işlərində uğurlar arzulayıram.

- Gəncədə belə fikir formalaşıb ki, “Kəpəz”də ancaq gəncəli mütəxəssislər çalışmalıdı. Sənin bu məsələyə münasibətin necədi?
- Artıq neçə vaxtdı burdayam. Ancaq hələ ki heç kimdən belə fikir eşitməmişəm və ya hiss etməmişəm. Ola bilsin, sosial şəbəkələrdə kimlərsə nəsə yazır, subyektiv fikirlərini paylaşır. Lakin bu o demək deyil ki, məhz belə də olmalıdı. Yenə deyirəm, Gəncədə olduğum müddətdə heç kimin belə düşündüyünü görməmişəm. Ölkəni bölgələrə bölmək nə dərəcədə düzdü? İstər məşqçi, istərsə də futbolçu komandaya xeyir verirsə, kollektivdə heç bir problem yaşanmırsa, onun hardan olması vacib deyil. Məşqçi lap əcnəbi olsun. Gəncə azarkeşi üçün əsas “Kəpəz”in uğur qazanmasıdı.

- Ötən həftə “Səbail”ə məğlub olduğunuz matçda rəqibin baş məşqçisi Mahmud Qurbanovla aranızda xoşagəlməz insident yaşadı. Mütəxəssis yayda səni komandadan kənarlaşdırdığına görə aqressiv olduğunu söylədi. Sən isə mətbuata məhz Qurbanovun təkidi ilə hakimin qırmızı vərəqə göstərdiyini bildirmisən.
- Bu haqda danışmaq istəmirəm.

- Ancaq həmin an sənin meydanda qeyri-etik ifadələr sələndirdiyini media tribunasında oturanların hamısı eşitdi. Gəl əvvəlcə onu aydınlaşdıraq ki, söyüşlər kimə ünvanlanmışdı?
- Oldu, qurtardı. Bunu şişirtməyin, gündəmdə saxlamağın nə mənası var?

- Mahmud bəyin “yayda onu komandadan kənarlaşdırdığıma görə aqressiv idi” fikri ilə razılaşırsan?
- Ürəkbulandırıcı söhbətlər etməyin mənası yoxdu. Belə mənasız fikirlərə münasibət bildirmək istəmirəm.

- Matçdan sonra “Səbail”in baş məşqçisi ilə görüşdün və ya zəngləşdin?
- Nə görüşmüşük, nə də zəngləşmişik. Buna ehtiyac yoxdu.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

27-08-2022, 21:0

"Özündən böyüyə hörmətsizlik etmək Raufa yaraşmaz" - Yaşar Vahabzadə

Ölkə futbolu / Manşet

1-05-2022, 14:0

Mahmud Qurbanov: "Son illərdə mətbuat məni bu klubdan..." - ÖZƏL AÇIQLAMA

Premyer-liqa / Manşet

30-08-2022, 22:0

“Kəpəz”i gəncəli mütəxəssis çalışdıracaq – RƏSMİ AÇIQLAMA

Premyer-liqa / Manşet

30-08-2022, 14:0

Yaşar Vahabzadə istefa verməsinin səbəbini açıqladı - AÇIQLAMA

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Bu gün, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Bu gün, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Bu gün, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Bu gün, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Bu gün, 18:26
    Birmingemdən Londona yollandı
  • Bu gün, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Bu gün, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Bu gün, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Bu gün, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 176
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə