Fransalı futbolçu İspaniya nəhəngi ilə razılaşdı

1.06.2022 13:09 473
Dünya futbolu
"Monako"nun futbolçusu Orelyen Çuameni karyerasını İspaniyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, fransalı yarımmüdafiəçi "Real"la razılaşıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Real" fransalı oyunçu üçün "Monako"ya 80 milyon avro təklif edib.

Çuameni ötən mövsüm komanda ilə 35 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.