Dembele İngiltərə klublarının hədəfində

30.05.2022 22:50 526
Dünya futbolu
"Barselona" ilə müqaviləsi iyunun sonuna qədər olan Osman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, fransalı vingerlə "Çelsi" və "Liverpul" yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Dembele Premyer Liqada çıxış etməyə müsbət yanaşır. O, təklifləri nəzərdən keçirəcək.

24 yaşlı futbolçu ötən mövsüm "Barselona" ilə 32 oyunda 2 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.