“Karolina” ardıcıl xal topladığı oyunların sayı ilə bağlı klub rekordunu təkrarladı.
Football-plus.az xəbər verir ki, dekabrın 23-də “Pittsburq”u məğlub edən “Harrikeynz” ardıcıl 13-cü oyunda xal qazandı.
Komanda bu müddətdə 11 qələbə qazanıb və iki dəfə overtaymda uduzub. Bu isə klub rekordunun təkrarlanması deməkdi.
“Karolina” 2016/17 və 2020/21 mövsümlərinin gedişində də 13 oyunluq seriya yaxalamışdı – onda 9 oyunu qələbə, 4-nü isə overtaymda məğlubiyyət ilə bitirmişdi.