“Sabah”ın məşqçisi: “Oyunda istədiyimiz hər şeyi etdik”

23.12.2022 20:36 350
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 18-ci tura start verilib.

“Sabah” “Sumqayıt”ı darmadağın edib - 6:0. Oyundan sonra “bayquşlar”ın məşqçisi Artur Olenin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Yaxşı nəticə alındı. Oyunda istədiyimiz hər şeyi etdik. Üstünlük bizdə idi”.


- Bu oyunu əvvəlki matçlarda göstərməməyiniz nə ilə bağlı idi?
- Əvvəlki matçlarda olan nəticələrin obyektiv səbəbləri var idi. Azlıqda qalırdıq, çox enerji sərf edirdik. Oyunlarda uduzmurduq, azlıqda qalsaq da, qol vura bilirdik.