Daha 2 azərbaycanlı məşqçi PRO kateqoriyasını aldı

20.12.2022 14:45
Ölkə futbolu
Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.

Football-plus.az xəbər verir ki, məlumatı federasiyanın rəsmi saytı yayıb.

Sənan Qurbanov və Zaur İsmayılova diplom və sertifikatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramın rəhbəri Aslan Kərimov təqdim edib.