Football-plus.az xəbər verir ki, 2021-də “Haas”ın heyətində dünya çempionatında debüt edən Mik ümidləri doğrultmadı və 2022 mövsümünün ardından komanda ilə yolları ayrıldı.
Artıq “Ferrari”nin Gənc Sürücü Akademiyası da onunla vidalaşıb. Amma “Mersedes” dərhal Miki ehtiyat pilot kimi heyətinə qatıb. Məhz Almaniya komandası 23 yaşlı almana sahib çıxıb. Mik gələn il W14-ün inkişafında əsas rol oynayacaq, bazada simulyatorda işləyəcək, bundan başqa, bütün yarışlarda ehtiyat sürücü kimi şansını gözləyəcək və “Mersedes”in marketinq tədbirlərinə qatılacaq. O, yeni müqavilə ilə bağlı bunları deyib:
“2023-də “Mersedes” komandasında ehtiyat pilot kimi çıxış edəcəm. “Formula-1” gözəl dünyadı və burda həmişə öyrənirsiz. “Mersedes”də daha çox şey öyrənmək üçün əlimdən gələni edəcəm”.
“Mersedes”in rəhbəri Toto Volff da bu transfer haqda danışıb:
“Mik istedadlı və gənc pilotdu, komandaya qoşulduğuna görə sevinirik. Çox çalışqan və sakitdi, hələ də pilot kimi öyrənmək və təkmilləşmək istəyir. Bütün bunlar vacib keyfiyyətlərdi. Bundan başqa, “Formula-1”də ikiillik çıxış təcrübəsi var. Ehtiyac olanda Corc Rasselli və ya Lüis Hemiltonu əvəz edəcək”.




