• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Regekampfı bağışlamaq olarmı? - KÖŞƏ

Premyer-liqa / Yazarlar

14-12-2022, 21:0

Azərbaycan futbolunda məşqçilərin, futbolçuların maaşını açıqlamamaq ənənəsi formalaşıb.

Ona görə də kimin harda, nə qədər qazandığını bilmək olmur. Burda məqsəd heç də kiminsə pulunu saymaq deyil. Sadəcə, şəffaflıq olsaydı, həmin məşqçinin, yaxud da futbolçunun aldığı pula dəyib-dəymədiyini müəyyənləşdirmək, işə qiymət vermək mümkün idi. İndiki halda hamı bu “prinsipə” əməl etdiyinə görə kimisə qınamaq da olmur. Amma rəsmi açıqlama olmasa da, mətbuata rəqəmlər sızır ki, onların əsasında da müəyyən nəticələrə gəlmək mümkündü. Sözsüz, “Neftçi” rəhbərliyi rumıniyalı Laurentsiu Regekampfın da Bakıdakı qazancını açıqlamayıb. Adını da “kommersiya sirri” qoyurlar. “Neftçi” və Regekampf gizlətsə də, əvvəl Rumıniya mətbuatında, sonra da burda müəyyən rəqəmlər yazılmağa başladı. İndiki zəmanədə, texnologiyaların bu qədər inkişaf etdiyi bir vaxtda belə şeyləri gizlətmək mümkünsüz görünür.

Rumıniyadakı həmkarlarımız əvvəlcə Regekampfın “Neftçi”dən 40 min avro aylıq məvacib alacağını yazdılar. Lakin mütəxəssisin həyat yoldaşı Anamaria Prodan yazılan rəqəmin doğru olmadığını bildirdi və bir növ “Neftçi”nin sirrini açmış oldu. Sitat: “Regekampfın maaşı 22 min dollardı. Çox pulla yaşayırsan və yaxşı dolanırsan. Oğlumuz Bebetoya görə aliment ödəməlidi. O, Azərbaycandandakı qazancını gizlədə bilməz. Bu müqavilədi”. Olmasın 40 min avro, olsun 22 min dollar. Bəlkə də Avropanın aparıcı çempionatlarında çalışan səviyyəli mütəxəssislərin məvacibi ilə müqayisədə çox da böyük məbləğ deyil. Lap elə AFFA-nın italyan çalışdırıcı Canni de Byaziyə ödədiyi maaş da bundan çoxdu. Olsun. Bütün bunları nəzərə aldanda belə, Regekampfa ödənilən 22 min dollar yetərincə ciddi məbləğdi.

İndi baxaq, görək ayda aldığı o 22 min dolların qarşılığında Regekampf “Neftçi”yə nə verib? “Ağ-qaralar”ın Konfrans Liqasındakı çıxışını fiasko saymaq olar. Səfərdə “Aris”ə uduzan “Neftçi” doğma meydanda bu yenilginin əvəzini çıxdı və Vyana “Rapid”inə rəqib oldu. Avstiyanın adlı-sanlı təmsilçisi Bakıdan məğlub ayrılsa da, “Neftçi” səfərdə inamsız oynadı və avrokubok macərası erkən bitdi. Müəyyən mənada bu məğlubiyyəti Regekampfın xeyrinə olan amil kimi qiymətləndirirdim. Fikirləşirdim ki, diqqətini Misli premyer-liqasına yönəldəcək və onun “bir cəbhə”də mübarizə aparan komandası yüksək köklənmə sayəsində qələbələri sıralamağa başlayacaq. Fürsət o fürsət idi. Nə qədər ki, “Qarabağ”ın başı Avropa Liqasının qrupuna qarışmışdı, turnir cədvəlinin ilk pillələrində möhkəmlənmək, xal ehtiyatını artırmaq mümkün idi. Amma elə “Sabah”la ilk oyunda başa düşdük ki, bu təxminimizdə yanılmışıq. Regekampfın “Neftçi”si nəinki “Qarabağ”la başabaş mübarizə aparmağa, heç “Sabah”ı üstələməyə belə qadir deyilmiş.

“Neftçi”nin turnir cədvəlindəki görüntüsü, 16 tur ərzində qazanılan nəticələr ağ-qara rənglərə könül verən azarkeşlərin ürəyini ağrıdır. Onların sevimli komandası artıq liderdən 12 xal geridədi və çempionluq şansları xəyal kimi görünür. Ötən həftə yazdığım köşədə də bu məqamlara ətraflı toxunmuşdum, təkrarçılıq etməyim. Amma ötən həftədən bəri vəziyyət bir qədər də pisləşdi. “Neftçi”nin “Qarabağ” və “Sabah”dan geri qalmasını birtəhər həzm etməyə çalışan, bununla məcburiyyətdən barışan fanatlar daha bir acı gerçəkliklə üz-üzə qaldı. “Neftçi” elə ilk ciddi sınaqda ölkə kuboku ilə vidalaşmaq üzrədi. Zirə qəsəbəsində keçirilən 1/4 finalın ilk oyununda meydan sahiblərinə 0:1 hesabıyla məğlub oldu. Düzdü, hesab elə də faciəvi deyil. Bununla belə, etiraf etmək lazımdı ki, “Zirə” əlinə düşən fürsəti asanlıqla qaçırmayacaq. Müdafiə olunmağı yaxşı bacaran qəsəbə təmsilçisi “Bakcell Arena”da da “Neftçi”nin əsəbləriylə oynayacaq və yarımfinala yüksələn tərəf olmaq üçün əlindən gələni ən yaxşı formada edəcək.

Hadisələrin həmin ssenari ilə inkişaf etməsi isə Regekampf üçün “Neftçi” ilə birlikdə yürüdüyü yolun sonu demək olacaq. Artıq klubun Müşahidə Şurasında köklü dəyişikliklər baş verib. Bu dəyişikliklər də genişmiqyaslı islahatların xəbərçisidi. Kubokdakı uğursuzluq həmin o köklü dəyişiklikləri sürətləndirə bilər və ən geci qış fasiləsi başlayan kimi “Neftçi”dən qopmalar başlayacaq. Heç şübhə etmirəm ki, birinci gedən elə Regekampf olacaq. Ayda 22 min dollar maaş alan və əvəzində bərbad nəticələrlin müəllifi olan rumıniyalı mütəxəssisi, çətin ki, bağışlayalar.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-06-2022, 15:0

"Neftçi"nin prezidenti yeni baş məşqçinin maaşı ilə bağlı xəbərlərə münasibət bildirdi

Premyer-liqa

22-06-2022, 11:0

Yeni baş məşqçi "Neftçi"də bu qədər qazanacaq

Ölkə futbolu

23-08-2022, 21:0

“Neftçi”nin Müşahidə Şurasının üzvü Regekampfın işinə qiymət verdi – AÇIQLAMA

Premyer-liqa / Manşet

29-06-2022, 16:0

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

Aktual / Manşet

24-06-2022, 16:0

“Neftçi” – Regekampf ittifaqı nə vəd edir? - Mütəxəssis rəyi

Premyer-liqa / Manşet

13-11-2022, 14:0

Regekampf Rumıniyaya qayıtmaqda israrlıdı

Aktual
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
Son xəbərlər
  • Bu gün, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Bu gün, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Bu gün, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Bu gün, 16:45
    Klubuna sadiq qaldı
  • Bu gün, 16:02
    Asiyadan Avropaya yollandı
  • Bu gün, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Bu gün, 14:45
    “Barselona”nı tərk edəcək
  • Bu gün, 14:16
    FİFA-dan daha bir yenilik
  • Bu gün, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Bu gün, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Bu gün, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Bu gün, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Bu gün, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Bu gün, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Bu gün, 10:20
    Premyer-liqada istefa
  • Bu gün, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 177
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 137
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə