• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” – Regekampf ittifaqı nə vəd edir? - Mütəxəssis rəyi

Aktual / Manşet

24-06-2022, 16:0

Laurentsiu Regekampfın “Neftçi”yə baş məşqçi təyin olunmasını futbol ictimaiyyəti heç də birmənalı qarşılamadı.

Bəziləri 46 yaşlı mütəxəssisin “ağ-qaralar”da uğur qazanacağını, komandanı daha yüksək yerlərə daşıya biləcəyini düşünürsə, bu fikirlə razılaşmayan müəyyən qism ölkənin ən köklü klubunun “sükanı arxasına” daha tanınmış mütəxəssisin dəvət olunacağını gözlədiyini bildirir. Bir sözlə, istər sosial şəbəkələrdə, istərsə də müxtəlif mətbu orqanlarda bununla bağlı fərqli fikilərə rast gəlmək mümkündü. “Futbol+” olaraq, biz də futbol təsərrüfatının müxtəlif yönlərini təmsil edən şəxslərin fikirlərini öyrənməyi lazım bildik. Bu səbəbdən jurnalist, agent və futbol veteranı seçdik.

Ceyhun Əliyev (sport24.az saytının baş redaktoru): “Bəzən belə də olur. Futbol ictimaiyyətinə sağı göstərib, solu vurdu "ağ-qaralar". Sadəcə, Regekampfın həmin arzulanan şəxs olub-olmaması ciddi sualdı. Rumıniyalının namizədliyi var idisə də, çox arxa sıralarda idi. Deməli, klub rəhbərliyi ona “Neftçi”ni yüksək hədəflərə çatdıra biləcək mütəxəssis gözü ilə baxmayıb. Belədə pozitiv proqnoz vermək ağır söhbətdi. O qrup insanlarla da razıyam ki, 46 yaşlı mütəxəssisi dərhal tənqid etməməyə çağırırlar. Haqlıdılar, hələ ortada “nə ət var, nə də pişik”. Lakin bu sahədə külüng çalmış biri kimi “Neftçi” rəhbərliyinə bir tövsiyəm var: indidən baş məşqçi axtarsınlar. Ki, sonradan tələsik qərar vermək məcburiyyətində qalmasınlar”.

Adrian Nyaqa (“Neftçi”nin rumıniyalı sabiq legioneri): “Həmyerlimin sabiq klubumun baş məşqçisi təyin olunması xəbərini mən də bu gün Rumıniya mətbuatından oxudum. Səhv etmirəmsə, Azərbaycanda çalışan sonuncu rımın mütəxəssis Mirça Rednik olub. Onu da bilirəm ki, Rednik “Xəzər Lənkəran” camiəsində çox sevilən məşqçi idi. O ki qaldı Regekampfa, çox yaxşı məşqçidi. Əla xarakterə sahibdi. Ümid edirəm ki, “Neftçi”də uğur qazanacaq. İstər Rumıniyada, istərsə də xaricdə çalışdırdığı komandalarla yüksək zirvələri fəth etməyi bacaran, daim ambisiyalı, əldə etdiyi ilə kifayətlənməyən, enerjili mütəxəssisdi. Bildiyimə görə, ona başqa klublardan da təkliflər olub. Ancaq növbəti dəfə özünü ölkə xaricində sınamağa qərar verib. Çalışdırdığı komanda Asiya Çempionlar Liqasının finalında oynayıbsa, o məşqçiyə orta səviyyəli və yaxud sadəcə, “yaxşı məşqçi” demək düz olmaz. Həmişə üzərində işləməyi sevən, yeniliklərə can atan mütəxəssis kimi inanıram ki, Laurentsiu premyer-liqada “Qarabağ”ın hökmranlığına son qoyub “Neftçi”ni çempionluğa daşıyacaq. İnsan kimi də xoş sözlərə layiqdi. Çox fərqli məşq metodu var. Rumıniyada çalışdığı bütün klublarda futbolçular onu çox istəyiblər. Çünki futbolçularla dil tapmağı bacarır. Onun çalışdırdığı komandalar hücum futbolu sərgiləyir və bu üzdən çox qol vururlar. Fikrimcə, “Neftçi” çox yaxşı seçim edib”.

Vaqif Heydərli (futbol agenti): “Fikrimcə, yaxşı seçimdi. Regekampf istər vətənində, istərsə də ərəb ölkələrində yetərincə iş təcrübəsinə malikdi və çalışdırdığı klublarla müəyyən uğura imza atıb. Mütəxəssis modern Avropa futbolundan xəbərdardı. Regekampfın üstünlüyü ondadı ki, istər təcrübəli futbolçuların yer aldığı “Styaua”da, istər az məvacibə oynayan, daha çox gənclərin çıxış etdiyi “Universitetya Krayova” da, istərsə də zəngin büdcəyə malik ərəb klublarında futbolçularla dil tapmağı bacarıb, futbol fəlsəfəsini onlara aşılaya bilib. Və belədə nəticə də özünü çox gözlətmir. Bəli, bu gün üçün biz ancaq kənardan baxıb subyektiv fikirlərimiz söyləyə bilərik. Ancaq sadaladığım məqamları nəzərə aldıqda rumıniyalı mütəxəssisin Azərbaycanda uğursuz olmaq ehtimalı azdı. İnanıram ki, “Neftçi” yeni çalışdırıcı ilə zirvələrə yüksələcək”.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-06-2022, 15:0

"Neftçi"nin prezidenti yeni baş məşqçinin maaşı ilə bağlı xəbərlərə münasibət bildirdi

Premyer-liqa

22-06-2022, 11:0

Yeni baş məşqçi "Neftçi"də bu qədər qazanacaq

Premyer-liqa

22-06-2022, 21:0

"Neftçi" rumın çalışdırıcının rəhbərliyində ilk məşqini keçdi

Premyer-liqa / Manşet

24-06-2022, 14:0

“Bakı klubu bu mütəxəssisin rəhbərliyi altında uğur qazana biləcək” - "Xəzər Lənkəran"ın sabiq mətbuat katibi

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 274
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə