"Neftçi"nin prezidenti yeni baş məşqçinin maaşı ilə bağlı xəbərlərə münasibət bildirdi

22.06.2022 15:07 448
Premyer-liqa
"Neftçi"nin prezidenti Kamran Quliyev yeni baş məşqçi Laurentsiu Regekampfın aylıq 40 min avro qazanacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirdi.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın rəsmisi "Bakcell Arena"da təşkil edilmiş mətbuat konfransında iddiaların əsassız olduğunu söylədi:

"Klubla məşqçi arasında olan məsələdi. Rumıniya mətbuatında yazılanlar həqiqətə uyğun deyil. Əminliklə deyə bilərəm ki, aşağıdı. Regekampf yaxşı komanda quran məşqçidir. Ona uyğun da yaxşı futbolçular gələcək. Ambisiyalı heyətimiz olacaq".


Rumıniya mətbuatı mütəxəssisin "ağ-qaralar"da illik 480, aylıq 40 min avro qazanacağını bildirmişdi.