Braziliyalı futbolçu 3 ay oynamayacaq

8.12.2022 12:12 370
DÇ 2026
Qabriel Jezusun mundialda çıxışını erkən dayandırdığını xəbər vermişdik. Artıq onun son durumu məlum olub.

Football-plus.az xəbər verir ki, Braziliya yığmasının oyunçusu qrup mərhələsinin Kamerunla oyununda (0:1) sıradan çıxmışdı. “Arsenal”ın dizindən zədə alan hücumçusu əməliyyat olunub. Qabriel azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, o, bu mövsüm London klubunda meydana çıxdığı 21 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə verib. Jezusun mundialda Braziliya millisində üç oyuna çıxıb heç bir məhsuldar fəaliyyətlə yadda qalmadığını da bildirək.