“Mançester Siti” oyunçusuna qiymət qoydu

19.05.2022 17:58 404
Dünya futbolu
Erlinq Holann ilə Xulian Alvaresin transferindən sonra Qabriel Jezusun iş yerini dəyişməsi qaçılmazdı.

“Mançester Siti” artıq hücumçunun qiymətini müəyyən edib. Rəhbərlik braziliyalının satışından təxminən 50-60 milyon avro irəli düşmək niyyətindədi. Jezusun “Arsenal”a keçmək şansı var. London klubu ona görə tezliklə rəsmi təklif irəli sürməyə hazırlaşır.

Qabriel MS-də 2017-ci ildən çıxış edir. 25 yaşlı futbolçu bu mövsüm premyer-liqada meydana çıxdığı 26 matçda 8 qolun və bir o qədər məhsuldar ötürmənin müəllifi olub.