Gəncədə yenə anşlaq olacaq – 5 mindən artıq bilet satılıb

18.09.2026 23:05 216
Ölkə futbolu
“Kəpəz”in azarkeşlərlə münasibətlərində hər nə qədər gərginlik olsa da, ikincilər klubdan sevgisini əsirgəmir.

Komanda ardıcıl 4-cü oyunu evdə keçirəcək. Sentyabrın 20-də Gəncənin qonağı “Sumqayıt” olacaq. Azarkeşlərə yönələn məlum bəyanatı nəzərə alsaq, bu dəfə tribunalarda yer almaq istəyənlərin sayının azalacağını düşünənlər çox idi.

Amma oyuna hələ iki gün qalsa da, artıq 5 mindən çox bilet satılıb. Böyük ehtimalla matç günü stadiona yenidən ən azı 10 min azarkeş gələcək. Təki sonu qanqaraçılıq olmasın.

İSRAYIL XEYRULLAYEV