Bu gün Misli premyer-liqasında 6-cı tur start götürür. Xatırladaq ki, elita klubları sentyabrda son matçlarını keçirəcəklər. Ardından milli komandaların oyunları ilə bağlı uzunmüddətli fasilə yaranacaq. “CBC Sport” turun bütün oyunlarını canlı yayınlayacaq.
Misli premyer-liqası
1-ci dövrə, 6-cı tur
18 sentyabr
Qəbələ – Neftçi 0:1
Breno Almeyda, 25.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 34:+9=7-18, 35:53.
2006/07 – 1:4; 2007/08 – 2:3; 2008/09 – 0:1; 2009/10 – 1:0, 0:0; 2010/11 – 0:2; 2011/12 – 1:0, 4:1; 2012/13 – 2:1, 1:1; 2013/14 – 1:2, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 2:2; 2016/17 – 4:1, 1:0; 2017/18 – 2:1, 1:2; 2018/19 – 3:1, 1:3; 2019/20 – 0:3, 0:2; 2020/21 – 1:4, 2:2; 2021/22 – 1:1, 1:0; 2022/23 – 1:2, 0:0; 2023/24 – 0:2, 0:1; 2025/26 – 0:2, 1:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 10-40-50.
Qəbələ, şəhər stadionu. Saat 17.30.
Bəli, artıq “Qəbələ”nin yeni baş məşqçisi bəllidi. Komandanı Yeton Bekiri çalışdıracaq. Ancaq mütəxəssis “qırmızı-qaralar”da fəaliyyətə sentyabrın 20-də başlayacaq. Bu üzdən kollektiv “Neftçi” ilə matça da Amil Ağacanov - Miloş Yevtiç cütlüyünün rəhbərliyi altına hazırlaşıb. Təbii ki, “Qəbələ” “doğma divarlar” arasında asanlıqla təslim olmayacaq. Sadəcə, bu dəfə şanslar böyük ölçüdə “ağ-qaralar”dan yanadı. Qonaqlar premyer-liqa tarixində 1000-ci oyununu keçirəcək. Həm bu məqam, həm də çempionluq hədəfi paytaxt təmsilçisini səfərdə sona qədər mübarizə aparmağa məcbur edəcək.
Bu komandalar indiyə qədər 66 dəfə qarşılaşıb. Bunların 18-də “Qəbələ”, 34-də “Neftçi” qələbə qazanıb, 14-də qalib müəyyənləşməyib. Topların nisbətində bakılılar öndədi – 101:71.
Qarabağ - Şəfa
“Qarabağ” bu rəqiblə evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 70-20-10.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.45.
Ötən həftə “Zirə” ilə oyunda xal itirən “Qarabağ” çempionluq yarışında büdrədi. “Sabah”ın maksimum nəticəyə nail olmaqla liderliyi ələ keçirdiyini nəzərə alsaq, “köhlən atlar” daha diqqətli çıxış etməlidi. Odu ki, ağdamlılar “Şəfa”ya qalib gəlməklə ən pis halda mövqeyini qorumağa çalışacaq. Debütantın durumu isə ürəkaçan deyil. Hələ cəmi bir qələbə qazanan paytaxt təmsilçisi autsayderlər sırasında qərarlaşıb. Belədə çətin səfərdən xalla qayıtmaq vacibdi. O başqa məsələ ki, meydan sahiblərinin qonaqlara aman verəcəyi inandırıcı görünmür.
19 sentyabr
Sabah – İmişli
“Sabah”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:1.
2025/26 - 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 60-30-10.
Bakı, “Bank Respublika Arena”. Saat 19.45.
Sumqayıtda “Şəfa”nı darmadağın edən “Sabah” mövsümü xal itirmədən və qol buraxmadan davam etdirir. Heç şübhəsiz, “bayquşlar”ın növbəti hədəfi də qalib gəlmək, liderliyini qorumaq olacaq. Öz aramızdı, rəqib bu məqsəd üçün münasibdi. Masazır təmsilçisi heyətini qorumaqla yanaşı, gücləndirməklə məşğuldusa, Aran təmsilçisi ciddi dəyişikliklərə məruz qalıb. Yenə də “İmişli”yə qarşı diqqətli oynamaqda, arxayınlığa yol verməməkdə fayda var. Çünki “Sabah” ötən mövsüm son turlara qədər yalnız bu rəqibə uduzmuşdu.
Ümumiyyətlə, bu komandalar indiyə kimi 3 dəfə üz-üzə gəlib. Bunların 2-də “bayquşlar”, 1-də “pələnglər” qələbə qazanıb. Topların nisbətində “Sabah” öndədi – 8:1.
Turan Tovuz - Zirə
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 8:+3=1-4, 7:10.
2022/23 – 1:3, 0:2; 2023/24 – 1:0, 1:2; 2024/25 – 1:0, 0:2; 2025/26 – 2:0, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 35-30-35.
Tovuz, şəhər stadionu. Saat 17.30.
Tovuzda üz-üzə gələcək komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. Sadəcə, meydan sahiblərinin durumu bir qədər çətindi. Xal itkiləri üzündən çempionluq hədəfindən uzaq düşən “bozqurd” azarkeşlərini narazı salıb. “Turan Tovuz” evdə mütləq qalib gəlməli, bu nəticə sayəsində “qartallar”ı geridə qoymalıdı. İş ondadı ki, “Zirə” buna imkan verməmək üçün əlindən gələni edəcək. “Sabah” önündəki ağır məğlubiyyətə baxmayaraq, qısa müddətdə toparlanan və “Qarabağ”dan xal alan qəsəbə təmsilçisi səfərdən əliboş dönmək istəməyəcək.
Bu komandalar indiyə qədər 15 dəfə qarşılaşıb. Həmin oyunların 4-də “Turan Tovuz”, 7-də “Zirə” qələbə qazanıb, 4-də hərəyə bir xal düşüb. Topların nisbətində “qartallar” öndədi – 17:13.
20 sentyabr
Şamaxı - Araz-Naxçıvan
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 6:+2=1-3, 4:5.
2000/01 – 3:1; 2001/02 - +:-; 2024/25 – 0:1, 0:1; 2025/26 - 1:1, 0:1.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Şamaxı, şəhər stadionu. Saat 16.30.
Azər Bağırovun komandası iddiasına uyğun çıxış edir desək, yanılmarıq. Düzdü, “Şamaxı” hələ cəmi bir qələbə qazanıb. Ancaq qalan oyunların da yalnız birində uduzub. Bu baxımdan, “şirlər”in heç də zəif olmadığını düşünə bilmərik. Odu ki, “doğma divarlar” arasında keçiriləcək görüş xal ehtiyatını artırmağa xidmət etməli, kollektivin turnir cədvəlindəki durumunu bir qədər də yaxşılaşdırmalıdı. “Şamaxı” mövsümdə ilk dəfə təmsil etdiyi şəhərdə oynayacağından azarkeş dəstəyinin də yüksək səviyyədə olacağı gözlənilir. “Araz-Naxçıvan” isə yaxşı durumda deyil. Bəli, “qırmızı-ağlar” “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la matçlarda özünü yaxşı tərəfdən göstərməyə çalışıb. Ancaq ümumi vəziyyətin ürəkaçan olmadığı göz önündədi. Ümumiyətlə, naxçıvanlıların nəticələri hədəfə - avrokubok arzusuna uyğun deyil.
Bu komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Həmin görüşlərin 2-dən “Şamaxı”, 7-dən “Araz-Naxçıvan” qələbə ilə ayrılıb, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində “qırmızı-ağlar” öndədi – 12:5.
Kəpəz – Sumqayıt
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 16:+5=8-3, 16:11.
2011/12 – 1:1, 4:1; 2012/13 – 0:0, 1:0; 2015/16 – 3:1, 0:0; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:3, 1:1; 2022/23 – 0:1, 0:1; 2023/24 – 1:1, 1:1; 2024/25 – 0:0; 2025/26 - 3:0.
Cəzalı: Səbuhi Abdullazadə (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-30-30.
Gəncə, şəhər stadionu. Saat 19.00.
“Kəpəz” yenə - ardıcıl dördüncü matçda evdə, doğma azarkeşlərinin gözləri önündə meydana çıxacaq. Böyük ehtimalla, bu dəfə də tribunalarda anşlaq olacaq. Hər halda, “sarı-göylər” son oyunda “Qəbələ”ni yenməyi bacardı. Komanda indi də hələ mövsümün ilk qələbəsini qazanmağa müvəffəq ola bilməyən “Sumqayıt”a həmin aqibəti yaşatmağa çalışacaq. “Kimyaçılar” isə fasiləyə müsbət əhval-ruhiyyədə yollanmaq üçün mütləq xal və ya xallar qazanmalıdı. Əks halda, mövsümün ikinci baş məşqçi ayrılığı məhz “Sumqayıt”da yaşana bilər.
Bu komandalar indiyə qədər 35 dəfə üz-üzə gəlib. Həmin oyunların 10-da “Kəpəz”, 14-də “Sumqayıt” qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topların nisbətində “kimyaçılar” öndədi – 44:35.
KƏNAN BAHADIR
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Neftçi” son 7 oyunda qalib gəlib. “Qəbələ” son 5 ev matçında 1 qol vurub.
// “Sabah” və “İmişli”nin bir-biri ilə görüşlərində meydan sahibi olan komanda qol vurmayıb və xal qazanmayıb. Son iki görüşdə böyük hesab qeydə alınıb.
// “Zirə” son üç qarşılaşmada qələbə qazanmayıb. “Turan Tovuz”un son üç ev matçının hərəsində 2 qol vurulub.
// “Araz-Naxçıvan” texniki nəticə nəzərə alınmasa son 9 oyunda uduzmayıb. “Şamaxı” son 2 qarşılaşmadan xalsız və qolsuz ayrılıb.
// Son 5 oyunda meydan sahibi olan komanda qalib gəlib. Son 3 matçda eyni sayda – üç qol vurulub.
"Neftçi" 1000-ci oyunda hesabı açdı - YENİLƏNİR
Ölkə futbolu / Manşet






