Türkiyə yığmasına 4 debütant dəvət olundu
Dünya futbolu
Tarixində ilk dəfə Millətlər Liqasının A liqasında mübarizə aparmağa hazırlaşan Türkiyə yığmasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Vinçentso Montellanın yığmaya birdən-birə 4 debütant dəvət etməsi diqqət çəkib. Söhbət ''Beşiktaş''lı İlhan Fakılı, ''Konyaspor''lu Adil Dəmirbağ, ''Fənərbaxça''lı Bartuğ Elmaz və ''Trabzonspor''lu Melih Kabasakaldan gedir. ''Fənərbaxça''nın üzvlərindən qapıçı Mərt Günok yığma karyerasını bitirdiyi, Mərt Müldür isə zədələndiyi üçün heyətdə yer almayıb. Meniskində yırtıq aşkarlanan Müldür 4-6 həftəlik sıradan çıxıb. Zədə üzündən kapitan Hakan Çalhanoğlu da bu dəfəki heyətdə yoxdu. Qeyd edək ki, qardaş ölkə Millətlər Liqasında Fransa, İtaliya və Belçika ilə eyni qrupda yer alır. ''Ay-ulduzlular'' sentyabrın 25-də evdə Fransa, sentyabrın 28-də evdə İtaliya, oktyabrın 2-də səfərdə Belçika və oktyabrın 5-də səfərdə İtaliya ilə qarşılaşacaq. 29 nəfərlik tam siyahı ilə tanış olaq: qapıçılar - Uğurcan Çakır (Qalatasaray), Altay Bayındır (Selta), Muhammed Şengezər (İstanbul BŞ), Okan Kocuk (Samsunspor); müdafiəçilər - Əbdülkərim Bardakcı, Ərən Elmalı (hər ikisi ''Qalatasaray''), Əmirhan Topçu (Beşiktaş), Samet Akaydın (Trabzonspor), Adil Dəmirbağ (Konyaspor), Merih Dəmiral (Əl-Əhli), Fərdi Kadıoğlu (Brayton), Ozan Kabak (Hoffenhaym), Zəki Çəlik (Yuventus); yarımmüdafiəçilər - Bartuğ Elmaz, İsmayıl Yüksək, İrfan Can Kahveci, Oğuz Aydın, Kərəm Aktürkoğlu (hamısı ''Fənərbaxça), Yunus Akgün (Qalatasaray), Orkun Kökçü, Salih Özcan, İlhan Fakılı (hamısı ''Beşiktaş''), Aral Şimşir, Melih Kabasakal (hər ikisi ''Trabzonspor''), Arda Gülər (Real), Dəmir Ege Tıknaz (Braqa), Can Uzun (Ayntraxt F); hücumçular - Dəniz Gül, Barış Alpər Yılmaz (hər ikisi ''Qalatasaray'').





