Azar üçün mövsüm bitdi

30.03.2022 22:20 481
Dünya futbolu
"Real"ın futbolçusu Eden Azar mövsümü erkən başa vurub.

31 yaşlı yarımmüdafiəçinin sağ ayaq sümüyündə problem aşkarlanıb. Belçikalı oyunçu əməliyyat olunub və təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə Azarın cari mövsümdə meydana faktiki bir daha çıxmayacağı anlamına gəlir.

Qeyd edək ki, Azar cari mövsüm paytaxt təmsilçisinin heyətində 22 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.