Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

1.12.2022 15:42 302
DÇ 2026
Braziliya yığması DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunun Kamerunla oyununa ikinci heyətlə çıxacaq.

Football-plus.az baş məşqçi Tite bu matçda mundialda az şans qazanan futbolçuları oynadacaq. O, 1/8 final ərəfəsində aparıcı oyunçuları zədədən qorumağı və onlara istirahət verməyi lazım bilib.

Braziliya Kamerunla dekabrın 2-də qarşılaşacaq. 5 qat dünya çempionu artıq 1/8 finala vəsiqəni təmin edib.