Misli premyer-liqasının 6-cı turunda “Qarabağ”ın qonağı olan “Şəfa” minimal hesabla uduzdu. Komandanın baş məşqçisi Zaur Həşimovun oyunsonrası fikirlərini təqdim edirik.
- Oyunun axarı bizim üçün ümumilikdə yaxşı alındı. Penalti epizoduna qədər, demək olar ki, "Qarabağ"a yüzfaizlik qol imkanı verməmişdik. Ümid edirdik ki, hücumda hansısa epizoda girərək, qol vurarıq. Ən azı bir xal qazanacağımızı düşünürdük, minimum bir xal arxasınca gəlmişdik. Futbolçularımdan narazı qalmadım, onlara təşəkkür etdim. Üç gün əvvəl oynadığımız "Sabah"a qarşı matç da fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qaldım. Oyunumuz da pis alınmadı.
- Növbəti oyununuz "Turan Tovuz"a qarşıdı...
- Qarşıda milli fasilə var. Ona qədər üç həftəmiz var. Bu qrafiklə bütün komandalar oynayacaq. Belə komandalarla oyunlarda da xal qazanmaq istəyirik. Oynadığımız bütün komandalar bizimlə görüşə qədər avrokuboklarda bir neçə oyun oynamışdı. Bu gün də komandamız layiqincə mübarizə apardı. Üç həftə vaxtımız var. "Turan Tovuz"la görüşdə daha güclü "Şəfa" görəcəyik.
İSRAYIL XEYRULLAYEV
“Ən azı bir xal qazanacağımızı düşünürdük” - Zaur Həşimov
Ölkə futbolu / Manşet




