Artıq həmin vaxtdan da bir neçə ay ötüb. Hələ nə Zaur bəydən xəbər var, nə "Xəzər Lənkəran"dan, nə də Mübariz Mənsimovdan.
Bəs, hadisələrin axarı nə yerdə qaldı? Hər şey zamanın ixtiyarına buraxıldı, yoxsa bizim bilmədiyimiz, görmədiyimiz addımlar atılmaqdadı?
Bu suallarla yenidən Zaur bəyə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Məqsədimiz böyük ehtimalla Mübariz Mənsimovun rəhbəri olacağı "Xəzər Lənkəran" akademiyası açmaq idi. AFFA-dan buna hansısa narazılıq bildirilmədi. Ancaq hələ bu yöndə konkret addım atılmayıb. Biz də sizin kimi gözləmə mövqeyindəyik. Bildirilib ki, "Xəzər Lənkəran" qayıdacaq. Amma nə vaxt? Bu gün, sabah, yoxsa gələn il? Bunu bilmirik. Əsas odu ki, bu gün Lənkəranda futbol var".
KƏNAN BAHADIR




