Rafael Varanla bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, o, zədəsini sağaldıb. “Mançester Yunayted”in müdafiəçisi bu səbəbdən dünya çempionatının Avstraliya ilə oyununu (4:1) buraxmışdı. Varanın bu gün Danimarka ilə keçiriləcək matçda Fransa yığmasına kömək edəcəyi bildirilib.