Varanın aqibətinə aydınlıq gəldi

8.11.2022 12:34 344
Dünya futbolu
Rafael Varanın aqibətinə aydınlıq gəlib.

Football-plus.az xəbər verir ki, Fransa millisinin oyunçusu DÇ-2022-nin startına kimi zədəsini sağaldacaq.

“Ekip” nəşrinin məlumatında onun Qətərdə keçiriləcək dünya çempionatından bir neçə gün əvvəl məşqlərə qayıdacağı bildirilib.

“Mançester Yunayted”in müdafiəçisi İngiltərə premyer-liqasının oktyabrın 22-də keçirilən “Çelsi” ilə matçında (1:1) zədələnmişdi.