“Barselona”nın oyunçusu sıraya döndü

17.07.2022 19:06 383
Dünya futbolu
Serxi Roberto ağır zədədən qurtularaq sıraya dönüb.
“Barselona”nın müdafiəçisi yeni mövsümün hazırlıq prosesinə qoşulub. 30 yaşlı futbolçu bir neçə ay əvvəl bud nahiyəsində əməliyyat keçirmişdi. Roberto bu səbəbdən ötən mövsüm İspaniya çempionatının yalnız 9 oyununda iştirak edə bilmiş və 2 qol vurmuşdu.