AFFA "Sabah"ın şikayətini təmin etmədi

4.10.2022 10:00 335
Premyer-liqa
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Football-plus.az xəbər verir ki, toplantıda 2 qərar qəbul olunub:

1. "Sabah" Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA-nın İntizam Komitəsinin 09.09.2022-ci il tarixində “Sabah” FK barədə qəbul etdiyi 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası qüvvədə saxlanılsın.

Premyer Liqanın 5-ci turunun “Sabah” – “Səbail” oyununda (0:0) “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Sabah” klubu 1600 manat cərimə olunub.