• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Millinin ardıcıl qələbələri mütəxəssisləri ümidləndirib - AÇIQLAMALAR

Yığma / Manşet

23-11-2022, 14:0

Yığmamız Moldova və Şimali Makedoniyaya qarşı keçirdyi hər 2 oyunda qələbə qazandı.

Bu, Canni de Byazinin rəhbərliyi altında ardıcıl 5 qələbədi. Milli tarixində heç vaxt 5 oyunda meydanı zəfərlə tərk etməmişdi. Görəsən, bu məqam qarşıdan gələn seçmə mərhələdə, çətin qrupda uğurlu çıxışa əsas verir? Bunu aydınlaşdırmaq üçün mütəxəssislərin fikrini öyrəndik.

Novruz Əzimov:

"Son oyunlarda qazanılan ardıcıl qələbələr hamını sevindirir. Hiss olunur ki, millinin oyunda inkişaf var. Yoldaşlıq görüşləri olsa belə, istənilən qələbə futbolçulara özünəinam və psixoloji güc verir. Düşünürəm ki, son iki oyunda qazanılan qələbələr seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı motivasiya olacaq. Unutmayaq ki, çox çətin rəqiləblərin yer aldığı qrupa düşmüşük. Bir neçə gün əvvəl qrupumuzda yer alan Avstriya İtaliya kimi dünyanın ən güclü millilərindən birini məğlub etdi. Ümumiyyətlə, seçmə mərhələdə zəif komanda olmur. Çoxları Estoniyanı rahat udacağımızı deyir. Amma mən bununla razı deyiləm. Çünki estonlar son illərdə heç də pis çıxış etmir. Odu ki, hər bir komandanı son dərəcə ciddiyə almaq, təhlil etmək və mübarizə aparmaq lazımdı. Bilirsiz, təqvimdən də çox şey asılıdı. Qrupumuzda ilk iki oyunu Avstriya və İsveçə qarşı keçirəcəyik. Bizim üçün çox çətin olacaq. Bu komandalardan ən azı 1 xal qopara bilsək, estonlarla hər iki oyunda maksimum nəticə qazansaq, 3-cü yer uğrunda mübarizə aparmaq şansımız ola bilər. Millini son qələbələr münasibətiylə təbrik edir, qarşıdan gələn seçmə mərhələdə uğurlar arzulayıram".

Təbriz Həsənov:

"Millinin ardıcıl 5 qələbə qazanması və 2022-ci ili zəfərlə bitirməsi hamımızı sevindirir. Düşünürəm ki, "Qarabağ"ın neçə illərdi bizə bəxş etdiyi sevincdən, uğurlardan sonra yığmanın da belə performans göstərməsi gələcəyə ümidlə baxmaq üçün bir işarədi. Yoldaşlıq oyunu olsa belə, Azərbaycanın dövlət atributlarını əks etdirən formayla çıxış edib qələbə qazanmaq xüsusi motivasiya və fəxrdi. Millidə kombinasiyalı oyun və hücumda yaradıcılıq artıb. Bunu bir az da inkişaf etdirmək lazımdı. Rəqibi aşağılamaq kimi çıxmasın, amma Moldova o qədər də güclü deyildi. Hardasa çoxları güman edirdi ki, onları udacağıq. Amma güclü Şimali Makedoniyaya qarşı yağışlı havada mübarizə aparmaq və 3:1 hesabıyla qalib gəlmək həqiqətən düzgün yolda olduğumuzu göstərir. Onlara qarşı sərgilədiyimiz oyunu bir qədər də inkişaf etdirsək, seçmə mərhələdə güclü rəqiblərə başağrı ola bilərik. Yığmanı qələbələr münasibətiylə təbrik edir, seçmə mərhələdə uğurlar arzulayıram".

Rüstəm Əliyev:

"İrəliləyiş var. Futbolçular da istəklidi. Komanda şəklində əvvəlki illərə baxanda daha yaxşı çıxış görünür. Futbolçuların fərdi oyununda isə geriliyin olduğu qənaətindəyəm. Amma Musa Qurbanlı ilə Elvin Cəfərquliyevin performansı xoşuma gəldi. Belə futbolçular nə qədər çox olsa, futbolumuz və millimiz də inkişaf edər. İki oyuna 2 qələbə, topların nisbəti də 5:2 xeyrimizə. Hər 2 qolu standart vəziyyətdən sonra buraxdıq. Bu sanki mental zəiflikdi. Hətta bu gün ölkə futbolunu təkbaşına önə çəkən "Qarabağ" da standart vəziyyətlərdən buraxdığı qollara üzülür. Bu çatışmazlığı hələ də aradan qaldıra bilməmişik. Amma ümumilikdə qələbə qələbədi. Futbolçuların hücum quruculuğundakı inkişafı qeyd olunmalıdı. Düşünürəm ki, hazırkı formaları pis deyil, amma bunu daha da inkişaf etdirmək lazımdı. Belə olarsa, seçmə mərhələdə daha yaxşı çıxış edəcəyimizə inanıram. Millimiz autsayder olmamaqla yanaşı, maksimum irəli getmək üçün döyüşəcək".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

12-10-2022, 19:0

Mircavadov: “Qurban Qurbanovun yetirmələri necə döyüşürsə, millimiz də o cür döyüşməlidi”

Yığma / Manşet

12-10-2022, 20:0

İqor Ponomaryov: “Bəxtimiz gətirsə və hər iki oyunda Estoniyanı məğlub etsək...”

Yığma

19-11-2022, 14:0

"Qazandığımız qələbələr barədə danışmırıq"

Aktual / Manşet

17-11-2022, 16:0

Əfqan Talıbov milli komandanın heyətində ONU xüsusi fərqləndirdi

Dünya futbolu

21-07-2022, 16:0

Jorjinyo özünü yox, futbol qaydalarını günahlandırdı

Yığma / Manşet

15-11-2022, 20:0

"Millinin qapısı hamı üçün açıqdı"

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 20:55
    Milli komandada yeni təyinat
  • Bu gün, 20:24
    Yeni kapitan oldu
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 195
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə