"Football-plus.az" xəbər verir ki, Robert Levandovskinin penalti zərbəsini dəf etməklə Meksika yığmasına xal qazandıran qapıçı bu sınağa çox yaxşı hazırlaşıbmış:
“Son bir ay ərzində qapıçılarla işləyən məşqçi ilə təhlillər aparmışıq. Levandovskinin 50-dən artıq penalti zərbəsini izləmişik. Bununla belə, onun zərbəni necə icra edəcəyinə tam əmin deyildim. Topun istiqamətini düzgün tapdığıma görə sevinirəm”.





