“Barselona” Robert Levandovskini yeni oyunçusu kimi təqdim edib.
"Football-plus.az" xəbər verir ki, təqdimat mərasimi komandanın yeni mövsümə hazırlaşdığı ABŞ-ın Mayami şəhərində keçirilib və yalnız 10 dəqiqə çəkib. Maraqlıdı ki, yeni klubu ilə 4 illik müqavilə imzalayan polşalı hücumçunun nümayiş etdirdiyi forma nömrəsiz olub. Bu isə səbəbsiz deyil. Rəhbərlik “Bavariya”dan 45 milyon avroya transfer edilən Levandovskinin “9” nömrəli futbolkada oynamasını istəyir. Ötən mövsüm bu nömrə altında çıxış edən Memfis Depay satıla bilər. Niderlandlı hücumçu komandada qalacağı halda Robertə güzəşt etməli olacaq.