"Barselona" Levandovskinin gəlişindən sonra 20 milyon qazana bilər

22.07.2022 15:34 350
Dünya futbolu
“Barselona” yeni transferi Robert Levandovskinin forma satışından 20 milyon avroluq gəlir gözləyir.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 33 yaşlı forvard Kataloniya təmsilçisində 9 nömrəli formanı geyinəcək.

“Barselona”nın son “9 nömrə”si Memfis Depay idi.